Sabah – sentyabrın 15-də Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı, şair, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseynin “Aqibətnamə” kitabının təqdimatı və gənc ədəbin yaradıcılıq gecəsi keçiriləcək.
"Ədəbiyyat və incəsənət" portalı xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi qərargahında saat 16-da reallaşacaq tədbirdə Fərid Hüseynin təqdim ediləcək kitabı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sinə həsr olunubdur - nəşr Nizami Gəncəvinin “Xəmsə”sində yer alan ölüm məqamlarının ədəbi-ədəbi şərhlərindən ibarət esselər toplusudur.
Müəllif Fərid Hüseynin fikrincə, “Nizami Gəncəvi çoxqatlı ideyaları ilə hər insanı öz aqibəti haqqında düşünməyə vadar edir, bəşər övladının xarakteri həm də onun son gününü süjetini müəyyənləşdirir” və bu cür ideyalar baxımdan bu kitab həm ədəbi, həm də fəlsəfi mahiyyət daşıyır.
Tədbirdə dövlət rəsmiləri, tanınmış elm və ədəbiyyat xadimləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, həmçinin media təmsilçiləri iştirak edəcəklər.
Bu təqdimat mərasimi yalnız bir gənc şairin yaradıcılıq uğurunun qeyd edilməsi deyil, həm də türk dünyasının böyük mütəfəkkirlərindən biri olan Nizami Gəncəvinin bəşəri ideyalarının müasir gəncliyin düşüncəsində yaşadığını göstərir.
“Ədəbiyyat və incəsənət”
(14.09.2025)