Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasına münasibət bildirmişdir Featured

Türk Mədəniyyəti və İrsi Fondu Vaşinqtonda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Birgə Bəyannamənin imzalanmasına münasibət bildirərək Bəyanat yaymışdır.

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, Bəyanatda deyilir:

 

“Türk Mədəniyyəti və İrsi Fondu Vaşinqtonda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Birgə Bəyannamənin imzalanmasını alqışlayır. Bu tarixi sənəd regionun sabit və çiçəklənən gələcəyi naminə davamlı sülhə, qarşılıqlı etimada və uzunmüddətli əməkdaşlığa doğru mühüm bir addımdır.

Fond adından, təşkilatın qurucu dövlətlərindən olan Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə səmimi təbriklərimizi çatdırırıq. Bu mühüm diplomatik nailiyyət onun uzaqgörən strateji baxışı, sülh münasibətlərinə olan sarsılmaz bağlılığı və müdrik dövlət idarəçiliyi sayəsində mümkün olmuşdur.

Türk Mədəniyyəti və İrsi Fondu inanır ki, bu addım region xalqları arasında qarşılıqlı anlaşmanın, əməkdaşlığın və harmoniyanın gücləndirilməsi üçün möhkəm bir təməl olacaqdır. “

 

“Ədəbiyyat və incəsənət”

(10.08.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.