Aktotı Raimkulova: “Onun əsərlər öz heyrətamiz səslənişi ilə valeh edir” Featured

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

YUNESKO görkəmli qazax bəstəkarı və dirijoru Nurgisa Tlendiyevın bu ilin aprel ayına təsadüf edən 100 illiyi yubileyini tarixi əhəmiyyətə malik yubileylərin siyahısına daxil edib. Bu münasibətlə təşkilatın Paris şəhərində yerləşən mənzil-qərargahında “İlhamın kökləri: Nurgisa Tlendiyevin irsi” adlı Xalq Musiqi Alətləri Üzrə Beynəlxalq sərgi keçirilir.

 

Tədbir Türk Mədəniyyəti və İrsi Fondunun fəal dəstəyi ilə Qazaxıstan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi, Almatı şəhərinin  Akimatı və Almatı şəhəri Muzeylər Birliyinin təşkilatçılığı ilə reallaşdırılıb.

Layihənin məqsədi Qazaxıstanın musiqi irsini beynəlxalq arenada təbliğ etməkdir.

Qeyd edək ki, sərgi YUNESKO tərəfindən beynəlxalq mədəni əməkdaşlığın və xalqlar arasında dialoqun təşviqi baxımından mühüm bir hadisə kimi dəyərləndirilib. UNESCO nümayəndələri sərginin açılışında çıxış edərək Nurgisa Tlendiyevin xalq musiqisini klassik musiqi ilə birləşdirən nadir sənətkar olduğunu vurğulayıblar və onun irsinin bəşəriyyətin ümumi mədəni sərvəti olduğunu qeyd ediblər.

Ümumilikdə, UNESCO bu yubileyi sərgini mədəni müxtəlifliyin qorunması və təbliği baxımından nümunəvi bir təşəbbüs kimi qiymətləndirməkdədir.

Türk Dünyası Mədəniyyət və İrs Beynəlxalq Fondunun prezidenti Aktotı Raimkulova söyləyir:

“Görkəmli müəllif Nurgisa Tlendiyevin yaradıcılığı həm müasir bəstəkar məktəbimizə, həm də ifaçılıq sənətinə böyük təsir göstərmişdir. O olmasaydı, musiqi tamamilə başqa cür olardı. Onun orkestr üçün yazdığı kompozisiyalar və əsərlər öz heyrətamiz səslənişi ilə valeh edir. Bu, şübhəsiz, bizim qürurumuzdur — qazax musiqi sənətinin qürurudur.”

 

Ekspozisiyada Almatı Muzeylər Birliyinin fondlarından 60-dan çox eksponat nümayiş olunur. Bunlar müəllifin nadir əlyazmaları, partituraları, şəxsi əşyaları, həmçinin əfsanəvi “Dariga Dombra”dır. Bu dombra Nurgisa Tlendiyevə bir vaxtlar ustadı olan böyük qazax musiqişünası və bəstəkarı Ahmet Jubanov tərəfindən hədiyyə olunub.

Sərgi beş bölməyə ayrılıb. Bu bölmələr Nurgisa Tlendiyevin həyat yolunu əks etdirir. Həmçinin ayrıca bölmədə Yıxlas adına Qazax Milli Musiqi Alətləri Muzeyinin kolleksiyasından türk xalqlarına məxsus musiqi alətləri nümayiş etdirilir.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.