İstanbulda Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun türk dilində nəşr olunmuş “Qara paltarlı qadın” romanının təqdimatı keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, təqdimetmə mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinin keçirilməsinə dair imzaladığı Sərəncama əsasən təşkil olunacaq.
Tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğu, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi və “Humanist kitab” nəşriyyatının əməkdaşlığı ilə ərsəyə gələcək.
“Ədəbiyyat və incəsənət”
(12.06.2025)