İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Qırğız yazıçısı Çingiz Aytmatov dünya ədəbiyyatının bənzərsiz örnəklərini yaradan, əsərlərinin dünyada tərcüməsi və nəşr edilməsinə görə çox nadir yazıçılara xas miqyasa sahib olan yazıçıdır. O tək qırğız xalqının deyil, bütün türk dünyasının dahi yazıçısıdır. O təkcə türk dünyasının da deyil, bütün dünya ədəbiyyatının görkəmli nümayəndəsidir.
“Əsrə bərabər bir gün”. Hələ uşaqkən oxuduğum bu roman məndə o qədər silinməz təəssürat oyadıb ki. Ardınca “Əlvida, Gülsarı”nı oxudum. Tam başqa mövzu, amma yenə cilalanmış sözlər, ipə-sapa düzülmüş kimi sıralanana cümlələr, sonsuz heyrət... Sonra “Cəmilə”ni oxudum və həqiqətən də onun yaradıcılığına aşiq oldum.
Onun ömür-gün yoluna diqqət edək. 1928-ci il dekabrın 12-də Qırğızıstan Muxtar Sovet Sosialist Respublikasının Talas Kantonunun (indiki Qırğızıstanın Talas vilayəti) Şəkər kəndində anadan olub. Ali təhsil aldıqdan sonra o, 3 il ərzində Qırğızıstan SSR-in Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib.
Çingiz Aytmatovun Moskvadakı Ali ədəbiyyat kursuna yazılması yalnız 1956-cı ildə, atasının bəraət almasından sonra mümkün oldu. Kursu bitirdiyi ildə "Oktyabr" jurnalında onun qırğız dilindəki "Üz-üzə" hekayəsinin rus dilinə tərcüməsi dərc olunub.
Həmin il "Yeni dünya" jurnalında Aytmatovun bir sıra hekayələri və yazıçıya dünya şöhrəti qazandıran "Cəmilə" povesti işıq üzü görüb.
Hekayə janrı Çingiz Aytmatov yaradıcılığının bütün inkişaf mərhələlərini, ideya-məzmun istiqamətlərini müəyyən etməyə imkan verir. "Qəzetçi Dzyuyo", "Aşim", "Biz irəli gedirik", "Dəhnəçi", "Ağ yağış", "Quraqlıqda", "Qızıl alma", "Oğulla görüş", "Baxiana", "Əbədi gəlin" və s. göstərmək mümkündür.
Çingiz Aytmatovun yaradıcılığında povestləri xüsusi yer tutur. "Üz-üzə", "Cəmilə", "Ana tarla", "Erkən gələn durnalar", "Köşək gözü", "İlk müəllim" və "Qırmızı yaylıqlı qovağım mənim", "Əlvida, Gülsarı", "Ağ gəmi", "Dəniz kənarıyla qaçan alabaş" və s. maraqlı povest nümunələridir.
XX əsrin yetmişinci illəri Çingiz Aytmatovun yaradıcılığında povestdən roman janrına doğru keçid mərhələsidir, lirik-psixoloji nəsrdən ictimai məzmunu daha qabarıq olan əsərlərə üstünlük verilməsi baxımından da həmin mərhələ keçid dövrüdür. "Gün var əsrə bərabər", "Qiyamət", "Kassandra damğası", "Əbədi gəlin" roman janrının əsrarəngiz növləridir.
Dramaturji yaradıcılığı ictimai məzmunun dərinliyi ilə seçilir. Yazıçının dram kimi yazdığı iki əsəri: "Fuji – Yama" və "Sokratı anma gecəsi" məlumdur. ÇingizAytmatovun şeirlərionunyaradıcılığında özünəməxsusyertutmaqdadır. "Əkinçininnəğməsi", "İssıkgölə həsrət", "Fırtınayasəsləniş", "Dağ keçidində", "Ulduza" şeirlərimüasirpoetiknümunələrdir.
Dünya şöhrətliyazıçı və ictimaixadimAytmatov 2008-ciiliyunun 10-daAlmaniyanınNürnberqxəstəxanasındadünyasını dəyişibvə Bişkekyaxınlığındakı Ata-Beytmemorialkompleksində dəfnolunub. Bir sözlə, bu gün dahi yazıçının anım günüdür. Allah rəhmət eləsin!
Mükafatları
- Sosialist ƏməyiQəhrəmanı (1978)
- Leninmükafatı (1963)
- SSRİ dövlətmükafatı
- Qırğızıstanxalqyazıçısı
- Dostluqordeni
“Ədəbiyyatvə incəsənət”
(10.06.2025)