Tərəflər arasında davamlı əməkdaşlıq və mütəmadi əlaqələr qurulacaq Featured

3 iyun 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev arasında görüş keçirilib.

 

Görüş zamanı əməkdaşlığın perspektiv istiqamətləri barədə fikir mübadiləsi aparılıb, birgə tədbirlərin təşkili imkanları nəzərdən keçirilib.

Tərəflər mədəni diplomatiyanın ölkələrin xarici siyasətinin mühüm tərkib hissəsi kimi təşviq olunmasının əhəmiyyətini vurğulayıb.

Görüşün sonunda tərəflər arasında davamlı əməkdaşlıq və mütəmadi əlaqələrin qurulması barədə razılıq əldə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.