İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onu bizlərə sovet quruluş sevdirdi. Cünki o, kommunist baxışlı bir ədib idi. Sovetlər onu yalnız ideologi müstəvidə təqdim edirdilər. Amma illər keçdikcə biz Nazim Hikmətin poeziyasının necə dərin və fəlsəvi çalarlara malik olmasından da xəbər tutduq.
Türk şairi, yazıçısı, rəssamı Nazim Hikmət. O, 1902-ci il yanvar ayının 15-də zadəgan ailəsində anadan olmuşdur. 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olmuş, Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeir yazdığı üçün 1919-cu ildə oradan xaric edilmişdir. "Sərvliklərdə" adlı ilk şeiri 1918-ci ildə "Yeni məcmuə" jurnalında dərc olunmuşdur. 1920-ci ildə o, işğal olmuş İstanbuldan milli azadlıq uğrunda vuruşan Anadoluya getmişdir. 1921-ci ildə Sovet Rusiyasına gəlmiş, 1922–1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxumuşdur.
Novator şair olan Nazim Hikmət türk ədəbiyyatını yeni forma və mütərəqqi məzmunla zənginləşdirmişdir. Onun poeziyasına kəskin publisistika ilə yanaşı dərin lirizm xasdır. Türk poeziyasına sərbəst şer vəznini Nazim Hikmət gətirmişdir. Yaradıcılığı müasir türk ədəbiyyatına güclü təsir göstərmişdir. Əsərləri dünya xalqlarının çoxunun dilinə tərcümə olunmuş, pyesləri bir sıra ölkələrdə tamaşaya qoyulmuşdur. 1951-ci ildə Ümumdünya Sülh Şurası Bürosunun və 1959-cu ildən sonra isə onun Rəyasət Heyətinin üzvü olmuşdur.
Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlmiş, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır. Hətta Yusif Səmədoğlunun toy məclisində necə cani-dildən iştirak etməsi də memuarlarda qeyd edilibdir.
Azərbaycana həsr olunmuş şeirləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri vardır. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunmuş, pyesləri tamaşaya qoyulmuşdur. Bəstəkar A.Məlikov şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında eyniadlı balet yazmış, Azərbaycanın digər bəstəkarları şerlərinə romanslar bəstələmişlər. R.Babayev "Kəllə" pyesinə illüstrasiyalar çəkmiş, M.Rzayeva şairin büstünü yaratmışdır. Azərbaycan ədəbiyyatşünasları şairin həyat və yaradıcılığına dair bir sıra sanballı əsərlər yazmışdır.
1935-ci ildə yazdığı "Taranta Babuya məktublar" poemasında, 1936-cı ildə qələmə aldığı "Alman faşizmi və irqçiləri" publisistik əsərlərində faşizm və onun Türkiyədəki tərəfdarları ifşa olunur. 1936-cı ildə şairin Türkiyədə sağlığında son kitabı – "Şeyx Bədrəddinin dastanı" çapdan çıxmışdır. 1938-ci ildə sübut olunmamış ittiham əsasında 28 il 4 ay həbs cəzasına məhkum edilən Nazim Hikmət məşhur "İnsan mənzərələri" epopeyasını, "Həbsxanadan məktublar" silsiləsini, "Məhəbbət əfsanəsi", "Yusif və Züleyxa" pyeslərini və s. əsərlərini həbsxanada yazmışdır. 1950-ci ildə mütərəqqi dünya ictimaiyyətinin tələbi ilə Türkiyə hökuməti N.Hikməti azad etməyə məcbur olmuşdur.
1951-ci ildən ömrünün sonunadək ikinci vətəni sayılan SSRİ-də yaşayan və bu dövrdə 1952-ci ildə "Türkiyədə", 1955-ci ildə "Qərib adam", 1956-cı ildə "İvan İvanoviç vardımı, yoxdumu", 1960-cı ildə "Domokl qılıncı" və s. pyeslərini, şer və poema, poeziyaya və dramaturgiyaya dair məqalələrini yazmışdır. SSRİ-də Nazim Hikmətin ssenariləri və əsərlərinin süjetləri əsasında kinofilmlər ("Bir məhəlləli iki oğlan", "Sevdalı bulud", "Yaşamaq gözəldir, qardaşım", "Məhəbbətim, kədərim mənim") çəkilmişdir.
Əsərləri
- Memleketimden İnsan Manzaraları
- Kafatası
- Unutulan Adam
- Taranta Babu'ya Mektuplar
- Ferhad ile Şirin
- Kurtuluş Savaşı Destanı
- Kız Çocuğu
- Tahir ile Zühre
- Şeyh Bedrettin Destanı
- Sevdalı Bulut, (Teatr oyunu)
- Seçilmiş əsərləri, 2 cilddə
- Yaşamaq gözəl şeydir, qardaşım
Şeir kitabları
1. 835 Satır
2. Jokond ile Si-Ya-u
3. Varan 3
4. 1 + 1 = 1
5. Sesini Kaybeden Şehir
6. Benerci Kendini Niçin Öldürdü,
7. Nazim Hikmət 1963-cü ildə Moskvada vəfat etmişdir.
Dram əsərləri
- Kafatası
- Bir Ölü Evi (veya Merhumun Hanesi)
- Unutulan Adam
- Ferhat ile Şirin
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(03.06.2025)