Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə layihəsində bu dəfə çərçivədən kənar çıxıb mövzu növbələnməsini pozduq və türk törəsi barədə oxucuları bilgiləndirmək qərarına gəldik. Niyə?
Bizim gələcəyimiz türk ailəsidir, bu gözəldir. Amma çox təəssüf ki, türkçülük barədə çox az öyrənirik. Əslində, təbliğ edən də azdır. Bu günlərdə onlarca gəncdən Bilgə Xaqana aid türk törəsi – yəni türk qanunları barədə hansı bilgiyə malik olduqlarını soruşdum. Nəticə məni o qədər məyus etdi ki, qərara aldım, bizim məşhur layihəmizdə bu dəfə türk törəsi barədə danışılsın.
TÜRK TÖRƏSİ
Türk törəsi — qədim türklərin və ümumilikdə Türk xalqlarının yaşam tərzini, mənəvi dəyərlərini, əxlaq normalarını, dövlətçilik və cəmiyyət quruluşunu müəyyən edən ənənəvi hüquq və etik normalar toplusudur. “Törə” sözü həm də qanun, qayda, adət, ənənəmənasında işlədilir. Bu anlayış, yazılı qanunlardan çoxadət-ənənələrə və mənəvi prinsiplərə əsaslananbir idarəetmə və cəmiyyət nizamını əks etdirir.
Törənin əsas xüsusiyyətləri:
1. Ənənəyə əsaslanır – Törə yazılı qanun kimi olmasa da, minillər boyu formalaşmış və xalq tərəfindən qorunub saxlanmış qaydalardır.
2. Ədalətə söykənir – Qədim türklər üçün törə həm də ədalət demək idi. Törənin pozulması həm fərdi, həm də ictimai qınaq doğururdu.
3. Cəmiyyətin hər təbəqəsinə aiddir – Hökmdar da daxil olmaqla, hər kəs törəyə tabe idi. Hətta xaqan törəni pozarsa, taxtdan salına bilərdi.
4. Mənəvi əsaslara bağlıdır – Törə yalnız hüquqi deyil, həm də etik və dini dəyərlərlə bağlıdır.
5. Dövlətçilik prinsipləri – Dövlətin necə idarə olunmalı olduğunu, xalqla hökmdar arasında münasibətləri tənzimləyirdi.
Törənin dörd əsas dayağı (Orxon-Yenisey yazılarında):
1. El – xalq, dövlət
2. Törə – qanun, qayda
3. İnam – Tanrıya və ədalətə inam
4. Ər – igidlik, dürüstlük, əxlaq
Törənin tarixi və əhəmiyyəti:
· Göytürk (Orxon-Yenisey) kitabələrində törə anlayışı çox vurğulanır.
· Törə, Türk xaqanlarının Tanrı tərəfindən hakimiyyətə gətirilməsində əsas legitimlik amillərindən biri idi.
· “Törəyi pozan xaqan taxtdan endirilər” – bu fikir qədim türklərin hüquqi və əxlaqi dünyagörüşünün necə dərin olduğunu göstərir.
İndi isə Bilgə Xaqanın “Türk törəsi”ni sizlərə ərməğan edirik:
1. Tanrı təkdir.
2. HərkimTanrıdanqutalmaqistəyirsə, başqasınayalvarmasın.
3. Bir ölkə, bir Xaqan, bir Tanrı.
4. Bir qına iki qılınc girməz. Bir xatun iki ərə gedə bilməz və bir ulusda iki törə ola bilməz. Törə təkdir. Törə qəti və kəskindir. Kim törəyə itaət etsə qutlanar, kim törəyə qıysa, qatlanar.
5. Heç kim törədən üstün deyil, dirilik və birlik üçün törə budur.
6. Bir çoban sürüsündən, bir ər ailəsindən, bir Xaqan ulusundan soruşular.
7. Hər kişi arvadına, atına, silah-sursatına sahib çıxacaq.
8. Ana-ataya, babaya təzim ediləcək.
9. Qohumu qucaqlayacaq, qonşuna göz-qulaq olacaqsan.
10. Ər kişi yalan söyləməyəcək.
11. Mal-mülk oğurlayan mislini ödəyəcək, hesabı ya malıyla, ya canıyla soruşulacaq.
12. Hər kim kiminsə namusuna toxunsa həyatıyla cavab verəcək.
13. Kim olur-olsun haqsız, aldadıcı iş tutsa dərhal haqq-hesab olunacaq.
14. Döyüş meydanından, mübarizədən qaçan cəhənnəmə göndəriləcək.
15. Aman diləyənə qılınc çəkilməyəcək, sığınana arxa çevrilməyəcək.
16. Baş qaldıranın başı kəsiləcək, haqqını istəyənin haqqı veriləcək.
17. Heç kim heç kimdən üstün deyil, nə ağ ətin qaradan, nə qaranın qızıldan, nə də qızılın sarıdan fərqi olmayacaq.
18. Kin və qürurdan uzaq durulacaq.
19. Məzluma mərhəmət, zalıma əzab göstəriləcək.
20. Zəifə, yaralıya, qadına və uşağa əl qaldırılmayacaq.
21. Qızı istəyən Xaqan da olsa, bəy də olsa qız, özü istədiyinə ərə gedəcək.
22. Boş yerə ağac kəsməyəcəksən, suyu çirkləndirməyəcəksən.
23. Bilmədiyin şeyə bilirəm deməyəcəksən, sözü biləndən soruşacaqsan.
24. Bu günün işini sabaha saxlamayacaqsan.
25. Qüsur görməyəcəksən, qüsur axtarmayacaqsan.
26. Güclü olanda bağışlayacaq, zəif olanda səbr edəcəksən.
27.Alın yazısına asi olmayacaqsan.
28. Etdiyin yaxşılığı unut, edilən yaxşılığı unutma.
29. Hamı ədalətlə iş görəcək.
30. Hər nə edirsən et, mühakimə ediləcəyini yadında saxla.
31. Millətinə yad olma, ipəyin yaxşısına, sözün şirinliyinə aldanma, onlara bürünmə.
32. Xaqan odur ki, ədaləti üstün tutsun, törəni yaşatsın.Törə itsə, el yox olar. El olmasa, ulus qul olar.
33.Ey Türk bəyləri, ey millətim, eşidin!
"Yuxarıda mavi göy çökmədikcə, altda qara yer deşilmədikcə, sənin elini və törəni kim poza bilər?"
Titrə və özünə dön, ey Türk, sən özünə dönəndə daha möhtəşəm olursan.
“Ədəbiyyat və incəsənət”
(30.05.2025)