TÜRKSOY-un baş katibi Şamaxıda Türk Şəhidliyini ziyarət edib Featured

TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycanın tarixi və mədəni baxımdan önəmli bölgələrindən biri olan Şamaxıda yerləşən Türk Şəhidliyini ziyarət edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına TÜRKSOY-dan məlumat verilib.

 

Məlum olduğu kimi, 1918-ci ildə, Qafqaz İslam Ordusunun Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda apardığı mübarizə zamanı şəhid olmuş Osmanlı əsgərlərinin xatirəsinə inşa edilmiş bu şəhidlik, Türk dünyasının ortaq yaddaşında xüsusi yer tutur.

Ziyarət zamanı şəhidlərin ruhuna dualar oxunub və qərənfillər qoyulub.

Sultan Raev verdiyi açıqlamada bildirib: "Şamaxıdakı Türk Şəhidliyixalqlarımızın ortaq tarixinin və qardaşlığının bir simvoludur. Burada uyuyan qəhrəmanlarımız azadlıq uğrunda canlarını fəda ediblər. Onların əziz xatirəsini yaşatmaq bizim ən böyük borcumuzdur."

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.