Bu Aşıq Haqverdidir, Aşıq Ələsgərin nəvəsi Featured

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bir Tovuz aşığından söz açdım, mütləq bir göyşə aşığından da danışmağım gərəkiyirr. Bu gün daha bir aşığın - aşıq Haqverdi Talıboğlunun doğum günüdür. O, 17 mart 1930-cu ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O,Aşıq Ələsgərin kiçik oğlu Talıbın oğludur.

 

Aşıq Haqverdi 1951-ci ildə Kirovabad (indiki Gəncə) Pedoqoji İnstitutunun dil-ədəbiyyat fakultəsinə daxil olmuş, 1955-ci ildə həmin institutu bitirmişdir.

Kəlbəcər rayonunun Yanşaq və Qamışlı kəndlərində 1958-ci ilə kimi müəllimlik etmişdir.

1958-ci ildən Basarkeçər rayonunun Ağkilsə kəndində 30 il məktəb direktoru işləmidir. 1988-ci ildə doğma yurd-yuvasından məcburən ayrılan Haqverdi Ələsgərov Daşkəsən rayonunun Bayan kəndində məskunlaşmışdır.

2018-ci il iyulun 4-də Gəncə şəhərində vəfat etmiş, iyulun 5-də Göygöl qəbirstanlığında dəfn olunmuşdur.

Təbii ki, sinəsi qübarlı, Göyçə dərdi ilə tərk etmişdir bu dünyanı.

Allah rəhmət eləsin!

 

 “Ədəbiyyat və incəsənət”

(17.03.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.