İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Qəhrəmanlar unudulmur!
II və III dərəcəli "Şöhrət" ordeni mükafatçısı, Böyük Vətən müharibəsi veteranı Mustafa Məmmədov 9 yanvar 1921-ci ildə Qərbi Azərbaycanda (İndiki Ermənistanda) - ovaxtkı Gəncə quberniyasına aid Qazax qəzasının Dilliçan nahiyəsinin Qaraqoyunlu dərəsinin Qararaya kəndində doğulub.
Mustafa Məmmədov Böyük Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. 77-ci Azərbaycan diviziyasının tərkibində döyüş yolu keçib. Novorossiysk, Kerç uğrunda gedən qanlı döyüşlərdə iştirak edib.
Novorossiysk — Qara dənizdə Rusiyanın ən böyük müdafiə şəhəri olub. Bu şəhər Qara dənizin ən rahat dəniz körfəzlərindən birində yerləşib. 1941-ci ilin noyabr ayının ortalarında alman-faşist qoşunları Sevastopol istisna olmaqla, bütün Krımı ələ keçirib. Ali Baş Komandanlığın 16 noyabr 1941-ci il tarixli qərarı ilə Novorossiysk Sevastopolun ərzaq təminatı bazası müəyyən edilib. Faşistlər Novorossiysk şəhərinin mühüm strateji əhəmiyyətini nəzərə alaraq, qısa müddətdə limanı məhv etmək və mühasirəyə almağı planlayıb.
225 gün sahəsi 30 kvadrat kilometr olan bu plasdarmada qanlı döyüşlər davam edib. Bu ərazini onlarca artilleriya və minaatan batareyası atəşə tutub. "Kiçik torpaq" düşmənin böyük qüvvələrini özünə zəncirləyib və 1943-cü ildə onun qoşunlarının darmadağın edilməsində böyük rol oynayıb. Sentyabrın 9-dan 10-na keçən gecə Mustafa Məmmədov uzun müddətdir gözlənilən, uzun aylar davam edən mühasirədən sonra Novorossiyskə hücumda iştirak etməyə hazırlaşıb.
Şəxsi heyət məsuliyyətli vəzifəni yerinə yetirməli idi:
İlk hücum üçün bir yol açmaq lazım idi. O zaman ordunun siyasi bölməsinin rəisi Leonid İliç Brejnev döyüşçülər qarşısında çıxış edərək onları həvəsləndirib.
"Bu çıxış həlledici döyüşə ilham verən, əsgərlərin ürəyinə yatan sözlər idi. Bu, bizə yeni qüvvə və düşməni mümkün qədər tez əzmək arzusu bəxş edən ruhlandırıcı söhbət idi", — deyə uzun illər sonra öz uşaqlarına Mustafa Məmmədov bildirib.
Həmin gün əsgərlər tərəfindən qəhrəmanlıq möcüzələri göstərilib. Faşistlər bu şiddətli müqavimət qarşısında tab gətirə bilməyiblər.
"Qafqazın müdafiəsinə görə" medalı daxil olmaqla altı medala layiq görülüb. Gördüyü işə vicdanlı münasibət göstərdiyinə görə 11 dəfə fəxri fərmanlarla təltif olunub. Böyük Vətən müharibəsində Qələbənin 40-cı ildönümündə Sumqayıtda məhz ona yeni "Əbədi məşəl" abidəsinin alovunu yandırmaq tapşırılıb.
Bu gün bu heç də öyünüləsi xəbər deyil, amma zamanında Sumqayıtdan Leonid İliç Brejnevin 75 illiyi münasibətilə ad gününə təbrik teleqramını Kremlə məhz onun göndərməsi tərcümeyi-halına yazılan uğur hesab edilirdi.
O, 2001-ci ilin 9 iyununda Sumqayıtda dünyasını dəyişib.
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(09.01.2026)


