İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
O da Qərbi Azərbaycanda işğalçı ermənilərin yaratdıqları maneələrər görə Bakıya üz tutmalı oldu.
İsmayıl Vəliyev 1951-ci il martın 18-də Ermənistan SSR-in Allahverdi rayonunun Böyük Ayrım kəndində anadan olub, 1965-ci ildə 8 illik məktəbi, 1968-ci ildə isə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Şınıq sovxozunda və Ağtala Tikinti Məmulatları Kombinatında fəhlə işləyib.
Spnra da Bakı. 8 nömrəli texniki-peşə məktəbini fərqlənmə diplomu ilə bitirib "Leninneft" trestinin Neft və Qazçıxarma İdarəsində elektrik montyoru peşəsində çalışıb. 1970–1975-ci illərdə Azərbaycan Dövlət Universitenin jurnalistika fakültəsinin əyani şöbəsində təhsil alıb.
Tələbəlik illərində Kiyevdə, Lvovda və Moskvada keçirilən Ümumittifaq Tələbə-Elmi konfransların-da çıxış edərək diplomlara layiq görülüb. 1975-ci ildən Azərbaycan Dövlət Nəşriyyatında korrektor və sonra kənd təsərrüfatı ədəbiyyatı şöbəsində aparıcı redaktor vəzifəsində işləyib. 1976-cı ildə Moskva Poliqrafiya İnstitutunda baş redaktor və redaksiya müdirlərinin ixtisasartırma kursunda oxuyub və oranı "əlaçı" diplomu ilə bitirib.
1978-ci ildən "Yazıçı" nəşriyyatında ədəbiyyatşünaslıq və publisistika redaksiyasında redaktor, incəsənət və klassik ədəbiyyat redaksiyasında müdir, 1980-ci ildən Azərbaycan Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsində Nəşriyyatlar İdarəsinin rəisi, 1984-cü ildən Azərbaycan KP Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsi müdirinin mətbuat məsələləri üzrə müavini vəzifələrində işləyib.
Əsərləri
1. Ömrün yaşıl yarpaqları.
2. Ədəbi portret və xarakter
3. Mənim odum, ocağım (şeirlər və poemalar)
4. Literaturnıy portret: eqo funksiya i tipoloqiya
5. Bəxtimə düşən dünya
6. Dünya susur, tarix susmur
7. Azərbaycanın siyasi partiyaları və ictimai təşkilatları
8. Qaçqınlıq
Yazar 9 dekabr 2017-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(09.12.2025)


