“Ədəbiyyat və incəsənət” Türkiyə ədəbiyyatının tanınmış isimlərindən olan İmdat Əfşarın “Topla göy bayraqları Altaylardan, bənövşə” şeirini təqdim edir.
Şeiri Azərbaycan türkcəsinə uyğunlaşdıran Təranə Turan Rəhimlidir.
İMDAT ƏFŞAR,
TOPLA GÖY BAYRAQLARI ALTAYLARDAN, BƏNÖVŞƏ
İsmayıl Səmədə
Tabutlara yağdı bax qərənfili baharın
Yalançı bir cillədir suyu verən atəşə.
Ağı deyər şahpərdə, yırtılar köksü tarın,
Topla göy bayraqları Altaylardan, bənövşə,
Urumçiyə qan düşdü.
Boynunda bir həmayıl,
Haqqa gedir İsmayıl,
Yalnız bir igid deyil,
Ulu Türküstan düşdü.
Açma vaxtı deyil gül, xan asılır urqanda,*
Ərlərin çöhrəsində qaşını çatır hüzün.
Qıyıq gözlü bir yağış çisələyir Turfan'da,
Bu edamın surəti susduğu andır sözün,
Ufüqə al qan düşdü.
Vətən düşməz dilindən,
Əcəl qoymaz yolundan,
Doqquz Oğuz elindən
Cənnətə bir can düşdü.
Daha sən heç başını qaldırmadın qardələn,
Bayram ərəfəsində qurbanları kəsən kim?
Nəmrudlardır yurdumuzda boy verən,
Titrəyir xəritədə gəzinən əlim,
İbrahim, İbrahim,
İsmayıl qurban düşdü.
Türkün tənəzzül çağı
Ağla, ey Tanrı dağı
Yıxıldı xan otağı
Xanəmə fəğan düşdü
*urqan -- dar ağacı.
TOPLA GÖK BAYRAKLARI ALTAYLARDAN MENEKŞE
İsmail Samed'e
Tabutlara yağdı bak karanfili baharın
Yalancı bir cemredir suyu veren ateşe
Ağıt yakar şahperde yırtılır göğsü tarın
Topla gök bayrakları Altaylardan menekşe
Urumçi'ye kan düştü
Boynunda bir hamail
Hakka yürür İsmail
Yalnız bir yiğit değil
Ulu Türkistan düştü
Açma vakti değil gül han salınır urganda
Erlerin çehresinde kaşını çatar hüzün
Çekik gözlü bir yağmur çiseliyor Turfan'da
Bu idamın sureti sustuğu andır sözün
Ufka kızıl tan düştü
Vatan düşmez dilinden
Ecel koymaz yolundan
Dokuz Oğuz elinden
Uçmağa bir can düştü
Daha sen başını kaldırmadın kardelen
Bayram arifesinde adaklar adayan kim
Nemrutlardır yurdumuzda boy veren
Titriyor haritada gezinen elim
İbrahim İbrahim
İsmail kurban düştü
Bu Türk'ün cezir çağı
Ağla ey Tanrı dağı
Yıkıldı han otağı
Haneme figan düştü
“Ədəbiyyat və incəsənət”
(24.11.2026)


