"Ulduz" jurnalının Xaqaniyə həsr olunmuş xüsusi sayının Sumqayıtda təqdimatı keçirilib Featured

20 noyabr 2026-cı il tarixində Sumqayıtda, Əli Kərim adına Poeziya Evində "Ulduz" dərgisinin  böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutu,"Təhsil Nəşriyyat Poliqrafiya" MMC  və dərginin birgə layihəsi kimi işıq üzü görən xüsusi buraxılışının təqdimatı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalını “Ulduz”un redaksiyasından verilən məlumata görə, tədbirdə Filologiya üzrə elmlər doktoru, Sumqayıt şəhər deputatı Elnarə Akimova, "Ədəbiyyat" qəzetinin baş redaktoru Azər Turan, "Təhsil" nəşriyyatının direktoru Tural Axundov, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bayram Cəfərli, Prezidentin fərdi təqaüdçüsü, şair Ofeliya Babayeva,  N.Gəncəvi adına  Ədəbiyyat İnsititunun alimləri, "Ulduz" jurnalının  kollektivi, SDU-nin müəllim və tələbələri, "Ulduz" jurnalının Rusiya təmsilçilərindən Günay Səma Şirvan və Estoniya təmsilçisi Xaqani Qayıblı iştirak ediblər.

Tədbiri giriş sözü ilə Əli Kərim adına Poeziya Evinin direktoru İbrahim İlyaslı açaraq Xaqani buraxılışının gərəkliliyindən söz açıb. Daha sonra "Ulduz"un baş redaktoru Qulu Ağsəs Prezident sərəncamından irəli gələn, A.Bağırlı və T.Vahidin səyi nəticəsində toplanıb ərsəyə gələn xüsusi buraxılışın yaranmasından  danışıb.

Çıxışlarında: Xaqan-- zaman, məkan,dövr;   Xaqani və müasirlərimiz; Xaqaninin  tədqiqi və s. kimi mövzulara toxunan Elnarə Akimova, Azər Turan, Aygün Bağırlı, İmamverdi Həmidov, Elnarə Zeynalova, Fəridə Əzizova, Könül Hacıyeva,Vaqif Yusifli, Təranə Vahid və digər natiqlərin  fikirləri maraqla dinlənilib. 

Xanəndə və qiraətçilərin ifaları tədbirə rəng qatıb.

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.