Sevinc Qəribin "Sonra..."sı işıq üzü gördü Featured

Ülviyyə Əbülfəzqızı,

 "Ədəbiyyat və İncəsənət" portalının Xüsusi Layihələr şöbəsi

 

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Sevinc Qəribin yeni şeirlər kitabı nəşr olunub.

 

 "Sonra..." adlı kitabda müəllifin əsasən yeni və seçmə şeirləri yer alıb. "Adiloğlu" nəşriyyatında çap olunan kitabın redaktoru AYB və AJB üzvü, şair Namiq Dəlidağlı, ön söz müəllifi ədəbiyyatşünas, yazıçı, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının doktorantı İlahə Səfərzadədir.

"Sonra..." şeirlər toplusu S.Qəribin oxucularla üçüncü görüşüdür. Bundan əvvəl şair oxuculara "Hardasa o uzaqlarda..." (2017), "Ovcun əllərimin isti yuvası..." (2021) adlı şeir kitablarını təqdim edib.

Qeyd edək ki, Sevinc Qərib "Dəlidağ" Ədəbi Birliyinin sədr müavini, eyniadlı saytın ədəbiyyat şöbəsinin redaktoru, həmçinin "Manevr.az" saytında baş redaktorun müavini kimi fəaliyyət göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(18.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.