İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Beynəlxalq Məktəb Kitabxanaları Günü YUNESKO-nun təşəbbüsü ilə 1999-cu ildən etibarən qeyd olunur. İlk dəfə bu günün qeyd olunmasını Beynəlxalq Məktəb Kitabxanaları Birliyinin prezidenti Blanş Vullz elan edib.
2005-ci ildə bu bayramın rəsmi statusunu birliyin yeni prezidenti Piter Cenko təsdiqləyib. 2008-ci ildən bu günün qeyd olunması aylığa çevrilib (22 oktyabr – 22 noyabr). Bu isə hər bir məktəb kitabxanasına ay ərzində ən münasib tarixi seçərək bayramı qeyd etməyə imkan verir. Kitabı uşaqlara ən yaxşı tanıdan kitabxanalardır. Burada ayrı-ayrı fənlərə aid əlavə materialları, tarixə, ədəbiyyata dair müxtəlif kitabları, ensiklopediyaları, bir sözlə, axtarılan sualların əksəriyyətinə cavab verəcək mənbələri tapmaq mümkündür.
Hər bir kitabxana bəşəriyyətin yaddaşı, hər bir kitab isə yeni bir dünyanın qapısıdır.
Kitabı uşaqlara ən yaxşı tanıdan kitabxanalardır.
Kitabxanalar sadəcə rəflərdə düzülən kitablar deyil, gələcəyi inşa edən ideyaların, elmin və mədəniyyətin beşiyidir. İlk kəşflərimizi etdiyimiz, oxumağı və öyrənməyi sevdiyimiz məktəb kitabxanaları isə həyat yolumuzun ilk işıqlı dayanacaqlarıdır.
Ömrünü bu müqəddəs işə həsr edən, bizə kitabları sevdirən bütün kitabxanaçılarımızı təbrik edir, onlara fədakarlıqlarına görə təşəkkür edirik!
“Ədəbiyyat və incəsənət”
(22.10.2026)


