Maraqlı hekayələri ilə fərqlənən Əli Bağışın “Dörd tabut” hekayəsi 13 dildə çap olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Altı və sıfır” kitabı ilə ədəbi ictimaiyyət arasında tanınan müəllifin “Dörd tabut” hekayəsi alman, çex, erməni, fransız, gürcü, holland, fars, ispan, ingilis, rus, türk, ukrain dillərinə tərcümə olunaraq, kitab hallında işıq üzü görüb.
Birinci Qarabağ savaşından bəhs edən hekayədə iki ailənin timsalında müharibənin törətdiyi faciə nəql edilir. “Təhsil” nəşriyyatında çıxan kitabın naşiri Tural Axundov, redaktoru Qulu Ağsəsdir.
“Ədəbiyyat və incəsənət”
(13.10.2026)


