"Bir şair, bir şeir"də Gülnarə Sadiqdən "Bir qadının ahı" Featured

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Salam, "Ədəbiyyat və İncəsənət" portalının sevimli izləyiciləri, xoş gördük.

"Bir şair, bir şeir" rubrikamız yenə də gözəl bir poeziya nümunəsi ilə ruhunuzu oxşayacaq.

Beləliklə, Sizə filoloq şair Gülnarə Sadiqin "Bir qadının ahı" adlı şeirini təqdim edirik.

Kaş ki qadınlar heç ah çəkməyəydi.

 

 

GÜLNARƏ SADİQ

BİR QADININ AHI

 

Bəlkə də bu gün,

bilmirəm,

Bəlkə min il öncə?!

Dünyada nəyinsə sınan günü.

hardasa bir küncdə,

bir qadının göz yaşı sındırıb

bu dünyanın ədalətini?

Bir qadının son ümidi

məhv edib vicdanı?

​Bilirəm,

indi susmaq dəbdir,

Kişilər susur,

Qadınlar içindən boğulur,

sevgilər çökür,

tənhalıq hakimiyyətə gəlir...

Ürəyi yanır dünyanın,

Vücudunu dərd bürüyüb –

Bir qadının həsrəti qədər.

Deyəsən, hardasa

dünyanın bir küncündə -

Bir qadının ahı tutup insanlığı...

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.