Payızın ilk “Ulduz”u işıq üzü gördü Featured

Hamının sevimlisi “Ulduz” jurnalının ilk payız sayı – sentyabr sayı işıq üzü görüb. “Ədəbiyyat və incəsənət” portalına jurnal redaksiyasından verilən məlumata görə, yeni sayda aşağıdakı yazılar yer alıb:

 

Yeni “Ulduz” Ruslan Dost Əlinin “Özüylə söhbəti və şeirləri” ilə açılır.

“Nəsr” Tamara Vəliyevanın “Beynimin kinolentində ilişib qalan xatirələr”, Nəzrin Məmmədlinin “Səs gəlmir artıq bu otaqdan”  hekayələrini təqdim edir.

“Esse”də “Ərzi-əsri-hal-namə”siylə  Qulu Ağsəs, “Çalıquşu, Atatürk və bağlanan qapılar”la Leyla Məmmədova, “Bu mənəm”lə Lamiə Nazimqızıdır.

 “Tərcümə saatı”nda  Cəlil Cavanşirin tərcüməsində alman yazıçısı Volfqanq Borxertin “Ancaq siçanlar gecələr yatırlar” hekayəsini oxuya bilərsiniz.

“Müsahibə”də Pərvanə Eyvazqızının həmsöhbəti  Bahəddin Həzi “Bütün arzuların heç də çin olmaq haqqı yoxdur”, – deyir.

“Şeir vaxtı”nda Arzu Əyyarqızı, Gülayə Şınıxlıdır.

“Tribuna”da Röya Rəcəbova “Hüquqi şahidlikdən kosmik şahidliyə: “Ayın şahidliyi” hekayəsində susma və mənəvi məsuliyyət problemi”ndən yazır.

“Türk eli”ndə “Xarıbülbülün kölgəsində sözün yurdu” yazısı ilə Musa Kazım Arıcandır.

“Anım”da Yəhya Abbasov Qoca Xalidin “Seçmə şeirlər” tərcümə kitabından –  “Tərcümə dilinin xəlqilik təbiəti”ndən bəhs edir.

“Təbriz eli”ndə “Gözəllik, azad Vətən bayrağının öpüşüdür” yazısıyla Pərvanə Məmmədlidir. 

Ulduz”un bu sayında “Məhsətilərin söhbəti: 12:21”, Pərvanə Bayramqızı, Nadir Qüdrətoğlunun şeirləri yer alır.

“Dərgidə kitab” Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” VII yazısını təqdim edir.

“Dərgidə sərgi”də fotolarıyla  Ramil Yunusdur.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.