Qulu Ağsəsin şeiri ABŞ-də dərc edilib

Tanınmış Azərbaycan şairi Qulu Ağsəsin "Bircə rəng var - AG" şeiri ABŞ-də dərc edilib.

 

Los-Ancelosda fəaliyyət göstərən "Maskomania News" adlı nəşr müstəqil beynəlxalq rəqəmsal xəbər və geosiyasi təhlil platforması olsa da, mədəniyyətə də yer ayırır.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yazıçı və tərcüməçi Kamran Nəzərlinin ingiliscəyə çevirdiyi şeir "Ədəbiyyat qəzeti"nin son - 18 sentyabr 2026-cı il tarixli sayında işıq üzü görüb.

Xatırladırıq ki, sentyabr ayında Qulu Ağsəs haqqında "A poet fits a world into few words" ("Az sözə bir dünya sığdıran şair") adlı məqalə çap edən "Maskomania News" şairin adına ayrıca səhifə də açıb.

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.