“Bir şair, bir şeir”də Lilpar Cəmşidqızının qəzəli Featured

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Salam, "Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri, xoş gördük.

Poeziya ilə gününə rəngqatanlar üçün yenə də "Bir şair, bir şeir" rubrikasını təqdim edirik.

Qonağımız qəzəlləri ilə ruh oxşayan Lilpar Cəmşidqızıdır.

 

 

LİLPAR CƏMŞİDQIZI

 QƏZƏL

 

Can sevən öncə gedir dəhrdə loğmanı tapır,

Dərdi insanə verən xəstəyə dərmanı tapır.

 

Bir cəfakeş ləpirindən görünür "xoşhaldır",

Bəxtə sadiq yaşayan ömrünə səhmanı tapır.

 

Torpağın köksünə şəms ilə sücut eyləsə gün,

Axtarır göydə buludlar yenə leysanı tapır.

 

Canlının köksünə mirvari yığan Allahdır,

Saxlayan gənci- nihanın selə, ümmanı tapır.

 

Bağdə bülbül olar nalə çəkən qəmkeşdən?

Aşiq ol kəsdi gəlir sünbülü, reyhanı tapır.

 

Sərvinaz ilə, könül, ömrümü xoş eyləmədin,

Bir qələm bəsləyirəm, cəhd edir ormanı tapır.

 

Sünbül olmaqçün əzəl torpağa kök salmalısan,

Sonra qismət gətirir çərxi- dəyirmanı tapır.

 

Bəndənin çəkdiyi zəhmət görülən işdə gülər,

Şərti var, ömrün əzəl, qul yenə sultanı tapır.

 

Lilparam, aşiq olub hər vədə misrayə sözüm,

Çünki dəryadə də ləl səhni- qəzəlxanı tapır.

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.