“Biri ikisində” Elşad Baratın Şəhid yazısı ilə Featured

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsindəsizlərə Elşad Baratın 2 Şəhidimiz barəsindəki şeirləri təqdim ediləcək. Bu günkü təqdimat Emil Əmirov barədədir.

Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.

 

 

ŞƏHİDLƏR

Elşad BARAT 

  

Əmirov Emil Zaman oğlu

 

Şəhid Əmirov Emil 09.12.2000-ci ildə Mingəçevir şəhərində anadan olub. Emil ailənin yeganə uşağı olmuşdur, ailədə anası İmanova Xanımaz və nənəsi İmanova Məleykə ilə birgə yaşamışdır.

Əmirov Emil 2 nömrəli baxçaya getmiş, uşaq vaxtlarından sakitliyi və nizam-intizamlı olmağı ilə fərqlənmişdir. 2007-ci ildə 7 nömrəli məktəbdə birinci sinfə başlamış, məktəbdə həmişə müəllimlərinin hörmətini və sevgisini qazanmışdır. 2-ci sinifdən anası ilə birgə Moskva şəhərində təhsilini davam etdirmişdir, uşaq vaxtlarından idmanla məşğul olan Emil, yad ölkədə yaşasa belə, vətənə, bayrağa olan sevgisi və düşməna olan nifrəti azalmamışdır. Emilin dayısı İmanov Müzəffər 1992-ci ildə 1-ci Qarabağ döyüşündə iştirak etmiş və şəhid olmuşdur.

Emil Əmirov 16 yaşında vətənə döndü və hər bir Azərbaycan gənci kimi vətənə, bayrağa xidmət etmək üçün 2018-ci ildə hərbi xidmətə yollanmış, hərbi hissədə bütün heyyətin hörmətini qazanmış və bütün tapşırıqları yerinə yetirmişdir. Hərbi xidməti 2020-ci ildə, aprel ayında bitirmiş və vətənə olan sevgisinə görə yenidən vətənə qulluq etmək üçün 2020-ci il avqust ayında MAXE kimi N saylı hərbi hissədə baş kəşfiyyatçı olaraq işləməyə başlamışdır. 27 sentyabr 2020 ci ildə ikinci Qarabağ müharibəsinin başlanması ilə döyüşə yollanmış, igidliyi və cəsurluğu ilə fərqlənmişdir. Döyüş zamanı yaralanmışdır. Emil xəstəxanada ilkin tibbi yardım almış, komandiri ona döyüşə girməyə qoymamış, amma Emil xəlvət evinə gedib evdəkilərə yaralı olmasını bildirməmiş, sağollaşıb yenidən döyüşə yollanmışdır. Döyüşə girməyə icazə verməsələr belə, komandirlərini məcbur edərək döyüşə girmişdir, qəhrəmancasına döyüşən Emil 15.10.2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. 17.10.2020-ci ildə Mingəçevir şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir, ölümündən sonra Emil  “Vətən uğrunda” medalı və “Suqovuşanın azad olmasına görə” medalı ilə təltif olunmuşdur.

 

 

***

 

Atan səni atıb getdi

Hələ uşaq yaşlarında.

Böyüdün nənə gözündə,

Ananın baxışlarında.

 

Adın Emil Əmirovdu,

Özünsə vətən, şəhidim.

Şəhid olan dayısının,

Yolunu gedən şəhidim.

 

Çox igidlər şəhidliyi,

Arzu, xəyal edibdilər.

İndi sənə neçə orden,

Neçə medal veribdilər.

 

Bunlar sənin igidliyin,

Qəhrəmanlığındı, şəhid.

Tanrının da kitabında,

Sevdiyi insandı şəhid.

 

“Ədəbiyyat və incəsənət”

(03.08.2026)

                      

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.