Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
İstedadlı yazıçı, publisist, şair Aysel Əlizadənin “Qanun” nəşriyyatında işıq üzü görən “Xoşbəxtlik haqqında” kitabı həm də antidepressantdır.
Bu sadəcə bir kitab deyil, özünü qaranlıqda hiss edən insanın qaranlıqdan işığa doğru yolunun bələdçisidir.
Bu sözləri şair-publisist Kamalə Abiyevaya məxsusdur, o, kitabın redaktorudur.
Kitab “Adam həmişə xoşbəxt ola bilməz. Xoşbəxtlik ötəridir-deyirlər. İlahi! Niyə “bədbəxtlik ötəridir”demirlər?”-sualını cavablandırmağa kömək edir.
Avtobioqrafik, psixoloji publisistika janrında olan “Xoşbəxtlik haqqında”- antidepressant kitabının üz qabığının dizaynı rəssam-dizayner Günel Dənizə, mətn dizaynı Günay Seyidovaya məxsusdur.
Korrektor Aygül Yelmarlıdır.
“Ədəbiyyat və incəsənət”
(12.06.2026)


