Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Oxucularımızın yaradıcılığı rubrikasında sizlərə yenidən Gültac Əliyevanın şeirlərini təqdim edirəm. Bu dəfə 2 şeirini -
GÜLTAC ƏLİYEVA
“ŞEİR ƏZABI”
Şeirlərim doğulur,
Mən isə boğuluram.
Boğuluram misranın,
Sətirin arasında.
Boğuluram təkririn,
Rədifin arasında.
Mən şeir doğan ana,
Şeir mənim övladım.
Bətnimdə yox — sinəmdə
Böyüyür addım-addım.
İçimdə şeir adlı
Çox ağır bir dərd yatır.
Şeirim doğulanda,
Dərdi başımdan atır...
Demək, mən yanılmışam,
Yox, mən daha rahatam.
Əgər doğulsa şeirim,
Mən yeni şeiriyyatam...
ANA SEVGİSİ
Gecəmin, gündüzümün dərmanı ancaq anadır,
Mənə məlhəm olan əntiqə qadın — can anadır.
Anama gözəlliyi badi-səmadan verilib,
Mərhəmət, əqlü-zəka, abır-həyadan verilib.
Nazlı, qəmzəli baxış, həm də ziyadan verilib,
Verilib də, verilib — Allah-Təaladan verilib.
Anam hərdən üzülür, qaş qaralır, göz süzülür,
Qəlbim tüğyan qoparan fırtınalarla əzilir.
Fırtına qoparma gəl ürəyimdə, dəniz qadın,
Ümmanlardan da dərindir sonsuz məhəbbətin, qadın.
“Ədəbiyyat və incəsənət”
(20.05.2026)


