O bir düha, bir dünyaydı – Mənsur şeir Featured

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

 

O BİR DÜHA, BİR DÜNYADI

MƏNSUR ŞEİR

 

                    Ulu Öndər Heydər Əliyevə ithaf

 

Dövr, zaman sınağından dönə-dönə çıxmış, çıxa-çıxa ucalmış, ucala-ucala sevilmiş, sevilə-sevilə ürəklərdə özünə əbədi iz qoymuş dühaydı Ata Heydər.

Nər görkəminə, iti, nüfuzlu baxışına, qürurlu yerişinə, zəhmli səsinə hər kəs ehtiram etmiş, ömrünü xalqına şam etmiş, axşam-səhər daim düşünmüş, düşünə-düşünə də xalqını işıqlı sabahlara səmt etmiş dəryaydı Ata Heydər.

Nə qədər ürək dolusu kəlmələr şəninə söylənsə də yenə azdır. Yaşayır onu sevənlərin qəlblərində əməlləri, diləkləri.

Bütün dünyanın həsəd apardığı Ata Heydər nə qədər varıqsa, beləcə böyük məğrurluqla anılacaq, işıqlı dünya sanılacaq, adına nəğmələr, dastanlar bir daha qoşulacaqdır.

Yeganə həqiqətdir ki, xalqımız üçün səadətdir: Ata Heydəri böyük, sönməz sevgiylə əbədi yaşatmaq, firavan günlərə İlhamla çatmaq!

 

“Ədəbiyyat və incəsənət”

(09.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.