Rəqsanə Babayeva,
“Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsinin və Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin birğə təşkilatçılığı ilə Mərkəzi Kitabxananın Oxu zalında tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Heydər Ata" poeziya müsabiqəsinin mükafatçısı, bir çox şeirlər kitabının müəllifi Bəhram Fərmanzadənin 75-illik yubileyi və yeni çapdan çıxmış "Cənub həsrəti " şeirlər kitabının təqdimat mərasimi keçirildi.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan AYB-nin Beyləqan Bölməsinin sədri Fazil Əsəd tədbir iştirakçılarını salamladı və yubilyarı birliyin adından təbrik etdi.
Tədbirin moderatoru Raquf Budaqlı yubilyarın həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.
Beyləqan MKS-nin direktoru Jalə Cəfərova Bəhram Fərmanzadəyə Mərkəzi Kitabxananın əməkdaşları adından təbriklərini çatdırdı.
Şair və yazıçılardan Ağa Savalan, "Cənub həsrəti " kitabının ön söz müəllifi Ədalət Çümşüdoğlu, Vəlyəddin Əhmədbəy, Rövşən Qarabudaq, Arif Həsənli, Əlixan Ziya, Lalə Osmanqızı çıxış edərək B.Fərmanzadəni yubiley münasibətilə təbrik etdilər, müəllifin yeni kitabından şeirlər söylədilər.
Tədbirdə iştirak edən ziyalılardan, Ağsaqqallar Şurasının üzvü Nadir Abdullayev, Yuxarı Aran qəsəbə Sirac Mehdiyev adına tam orta məktəbin direktoru Sahilə Fərmanova, Gəray Əsədov adına Birinci Şahsevən kənd 1 nömrəli tam orta məktəbin direktoru Elnurə Kazımova, kitabxana əməkdaşlarından Rima Kərimova, mətbuat nümayəndəsi Baxşeyiş Şirinov və başqaları çıxışlarında yubilyarı təbrik etdilər, müəllifin yeni çapdan çıxmış kitabı haqqında fikirlərini söylədilər.
Sonra tədbirin bədii hissəsi olaraq Yuxarı Aran qəsəbə Sirac Mehdiyev adına tam orta məktəbin və Gəray Əsədov adına Birinci Şahsevən kənd 1 nömrəli tam orta məktəbin şagirdləri B.Fərmanzadənin şeirlərindən ibarət bədii kompozisiya ilə çıxış etdilər.
Sonda şair Fazil Əsəd yubilyar B.Fərmazadəyə AYB-nin Beyləqan Bölməsinin adından "Mücirəddin Beyləqani " mükafatını təqdim etdi.
Beyləqan MKS-nin direktoru Jalə Cəfərova təşkilatın adından yubilyara hədiyyələr etdi. Tədbir iştirakçıları yubilyara gül bukletləri və digər hədiyyələr bağışladılar.
“Ədəbiyyat və incəsənət”
(02.05.2026)


