Xalq şairi Süleyman Rüstəmin yubileyi qeyd olundu

  

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Xalq şairi, dramaturq, tərcüməçi, ictimai xadim Süleyman Rüstəmin 120 illiyinə həsr olunmuş tədbirdə kitab sərgisi təşkil etdi.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirin qonaqları Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynov, Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti, Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə və bütün tədbir iştirakçıları sərgini maraqla seyr edərək, orada nümayiş olunan Xalq şairi Süleyman Rüstəmin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə nəşr olunan 3 cildliyi, onun digər Azərbaycan və rus dillərində olan şeir və poemaları ilə yaxından tanış oldular.

Süleyman Rüstəmin Cənubi Azərbaycan mövzusunda yazdığı əsərlər də maraq doğurdu.

Bundan başqa, sərgidə “XX əsr Azərbaycan yazıçıları” ensiklopedik məlumat kitabı, Xalq şairinin yaradıcılığı haqqında yazılan kitab və monoqrafiyalar, professor Həsən Quliyevin “Azərbaycan ədəbiyyatı” (tarixi oçerk) kitabları nümayiş olundu.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.