"Üzü bəri baxan dağlar, mənim sizdə nəyim qaldı?" - Kitab bələdçisində “Söyüdlü arx” Featured

Heyran Zöhrabova,

"Ədəbiyyat və incəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

"Mən Gültəkin idim! Mən özümü öz böyük eşqimə qurban verirdim. Mən cəfakeş bir eşqin ali səadəti ilə sevərək, gülümsəyərək ölürdüm. Mən, uğrunda həlak olduğum oğlanın xəyalını özümlə birlikdə əbədiyyətə aparırdım."

 

Əslində Söyüdlü arx haqqında çox danışmaq olar.

İmi ilə Cimi kimi insanın həyatda öz yerini tapmasından, Səadətdən, Nazxanımdan.

Amma mənim uzun-uzadı rəy bildirə bilməyəcəyim qədər təsirləndiyim əsərlərdən bir oldu.

Əsəri oxuyarkən elə ilk səhifələrdən Güney qışlağın şən, mehriban və bir o qədər də qayğıkeş mühiti, abu havası çox xoşuma gəlirdi. Boylanıb Söyüdlü arxı, Muradın iri qara gözlərini, Nuriyyəni, Hümməti öz gözlərimlə görmək istəyirdim.

Eynən Söyüdlü arxın Güney qışlağın başına dolanaraq axıb keçdiyi kimi sətirlər də mənim gözlərimin önündən axıb keçirdi.

Lakin Nuriyyənin ağlamamağı məni sıxırdı. Bəzən onun yerinə ağlamaq istəyirdim.

Amma sonra istehzayla öz-özümdən soruşurdum:

 "Məgər sən özün ağlaya bilirsən?"  Bir nöqtədən sonra nəhayət Nuriyyə özü ağlayıb bu məsələyə bir son qoydu.

Lakin əsərin sonu, Nuriyyənin son seçimləri məni olduqca mütəəssir etdi. Açığı mən belə bir sonluq gözləmirdim.

Sonda onu da deyim ki, üz qapağıyla əsəri heç cürə uyğunlaşdıra bilmədim. Kitabda çoxlu hərf səhvləri də var idi...

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.