Ümummilli liderimiz Ana dilimiz barədə Featured


Təqdim edir: İmran Verdiyev, “Ədəbiyyat və incəsənət”

 

·    Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.

·      Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. 

·    Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik.

·      İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur.

·       Öz ana dilini bilməyən adamlar şikəst adamlardır!

·       Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.

·      Ana dili hər bir xalqın milli varlığını nümayiş etdirən, onun mənəviyyatını, mədəniyyətini, tarixini, keçmişini yaşadan ən mühüm amildir.

·      Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. ...Azərbaycan dili görünməmiş zirvələrə qalxmış, müasir poeziyanın və nəsrin, elm və texnikanın, kargüzarlığın və fəal ictimai-siyasi həyatın hərtərəfli inkişaf etmiş dilinə çevrilmişdir. Biz tam inamla deyə bilərik ki, çoxəsrlik tariximizdə Azərbaycan dili heç vaxt belə zəngin, nüfuzlu və hörmətli olmamışdır. Lakin mədəniyyət və elmin səviyyəsi yüksəldikcə, həyatın axarı sürətləndikcə dilin təkmilləşməsinə, inkişaf etməsinə və zənginləşməsinə, onun söz ehtiyatının genişlənməsinə daha çox qayğı göstərmək lazımdır.

·      Bizim ana dilimiz - Azərbaycan dili çox zəngindir, çox gözəldir.

·      Xalqın dilini inkişaf etdirmək, onu yaşatmaq, onu zənginləşdirmək lazımdır.

·      Dilin saflığını qorumaq, onu yad təsirlərdən, yersiz xarici sözlərdən mühafizə etmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. 

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.