15 fevral 2026 tarixində saat 12:00-14:00 aralığında Milli Book Cafe 28 May filialında müəllif Nail Zeyniyevin "Peşmanlıq Nəğmələri" kitabının təqdimatı keçiriləcək.
Bu, müəllifin 3-cü kitabıdır və bu, onun ilk rəsmi kitab təqdimatıdır. Tədbir ünvanı Ceyhunbəy Hacıbəyli 16, 28 May metrosunun yaxınlığındır.
Oxucularla görüş, imza saatı və kitab haqqında maraqlı söhbətlər sizi gözləyir.
Yerlər məhduddur.
Əlavə suallar üçün əlaqə nömrəsi: 055-519-35-75
Sizi bu xüsusi gündə aramızda görməkdən məmnun olarıq!
“Ədəbiyyat və incəsənət”
(14.02.2026)


