Dünya Gənc Türk Yazarlar Birliyindən yeni kitab - "Qəlb cəbhəsi" çap olundu

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Vətən müharibəsinin qəhrəmanları ilə gənclərin görüşləri" adlı layihə çərçivəsində yeni kitab çap olunub.

"Qəlb cəbhəsi" adlanan kitabda 44 günlük Vətən müharibəsinin iştirakçısı yazarların bədii yaradıcılıq örnəkləri toplanıb. 

 

“Ədəbiyyat və incəsənət” portalına layihə rəhbəri İntiqam Yaşarın verdiyi məlumata görə "Elm və təhsil" nəşriyyatında çap olunan kitabın eksperti şair-publisist, DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, redaktoru DGTYB-nin İdarə Heyətinin üzvü, gənc türkoloq Məleykə Mirzəli, tərtibçiləri və dizayneri DGTYB İdarə Heyətinin üzvləri Ayşən Rəhim, Şükür Əli və Sərvər Kamranlıdır. Kitabın qarşıdakı günlərdə Bakıda, Qubada və Sumqayıtda geniş ictimaiyyətə təqdimatı nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.