Sultan Raevin “Böyük fəlakət” əsəri macar dilində nəşr olunub

 

TÜRKSOY-un Baş katibi, yazıçı Sultan Raevin “Böyük fəlakət” adlı əsərinin macar dilinə tərcüməsi Macarıstanın Lakitelek şəhərində, Hungarikum Liget mədəniyyət məkanında keçirilən təqdimat mərasimində oxuculara təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Macar Mədəniyyəti Günü çərçivəsində keçirilən tədbir mədəni əməkdaşlıq baxımından əhəmiyyətli hadisə kimi dəyərləndirilib.

“Özönvíz – Harom kisregeny” adı ilə "Antologia Kiado" nəşriyyatı tərəfindən 2026-cı ildə çap olunan kitabın tərcüməsini tanınmış mütərcim Yojef Qoretit həyata keçirib. Tədbirdə çıxış edən Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejak Sultan Raev yaradıcılığının Türk dünyasının tarixi yaddaşını və ümumbəşəri dəyərləri əks etdirdiyini vurğulayıb.

Təqdimat çərçivəsində keçirilən müəllif–oxucu görüşündə Sultan Raev ədəbiyyat yolundan, yaradıcılıq mövzularından və mədəniyyətlərarası dialoqun əhəmiyyətindən danışıb.

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.