Vaqif Sultanlının “İnsan dənizi” romanı yenidən yayınlandı

 

Bu günlərdə Kritika Yayınlarında yazıçı Vaqif Sultanlının “İnsan dənizi” romanı nəşr olunmuşdur. Süjet hörüyündə yer alan hadisə və əhvalatların iyirminci yüzilin səksəninci illərində cərəyan etdiyi əsərdə ölüm cəzasından qaçıb ucqar bir şəhərə sığınaraq gizli həyat sürən baş qəhrəmanın taleyi fonunda imperiya ideo­logiyasının cəmiyyətin mənəviyyatına yoluxdurduğu sosial-əxlaqi problem­lərin bədii çözümünə çalışıl­ır.

 

Romanda real və şərti-meraforik üslubun sintezi müəllifə dönəmin qaranlıq, açıq söylənilməsi mümkün olmayan həqiqətlərini aşkarlamağa imkan verir. Xüsusilə, romanda çağdaş dünyada insanlığı mənəvi tənəzzülə sürük­ləyən özgələşmə probleminin fərqli tərzdə canlandırıl­ması əsərin ideya-estetik çəkisini artırır.

İlk dəfə 1991-ci ildə “Gənclik” nəşriyyatında Azərbaycan oxuculara təqdim olunan “İnsan dənizi” romanı sonralar müxtəlif vaxtlarda yenidən nəşr edilmişdir. Həmçinin roman müxtəlif dillərə çevrilərək İngiltərə, Amerika Birləşmiş Ştatları, Türkiyə, Almaniya, Misir, İran və başqa ölkələrdə nəşr olunmuş, haqqında xeyli araşdırmalar aparılmışdır.

Romanı Bakının kitab dükanlarından və Kritika Yayınlarından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.