30 oktyabr tarixində Respublika Uşaq Kitabxanasında 218 nömrəli tam orta məktəbin 2-ci, 3-cü və 4-cü sinif şagirdlərinin iştirakı ilə uşaqların yaradıcılıq qabiliyyətinin inkişafına yönəlmiş maraqlı master-klass təşkil olunub.
“Ədəbiyyat və incəcənət” portalına Kitabxanadan verilən məlumata görə, master-klass zamanı uşaqlar gipsdən hazırlanmış müxtəlif fiqurları rəngləmiş, yaradıcılıq bacarıqlarını nümayiş etdirərək fərqli bədii kompozisiyalar ərsəyə gətirmişlər. Daha sonra məktəblilər kitabxananın kiçik oxu zalında yeni nəşrlərlə və 3D formatlı kitablarla tanış olublar. Həmçinin uşaqlar kitabxananın təşəbbüsü ilə hazırlanmış kitab haqqında animasiya filminə də baxıblar.
Sonda iştirakçılarla xatirə şəkilləri çəkilib, uşaqlara xoş təəssüratlar bəxş edən gün yüksək əhval-ruhiyyə ilə yekunlaşıb.
Tədbirin keçirilməsində əsas məqsəd uşaqlarda estetik zövqün formalaşdırılması, bədii yaradıcılıq düşüncəsinin inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili və kitabxana mühitinə marağın artırılması olub.
“Ədəbiyyat və incəsənət”
(31.10.2025)


 
		  	