“Məndən xəbərsiz” – Yeni kitabın təqdimatı

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB və AYBi-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

Bu günlərdə Cəlilabad ədəbi mühitinin nümayəndələrindən olan dəyərlimiz, yazıçı və şairə xanım Pərvanə İsgəndərqızının ilk şeir kitabı işıq üzü görmüşdür.

Kitabın əsas məlumatları:

Kitabın adı: "Məndən xəbərsiz" (Pərvanə İsgəndərqızının poeziya dünyasından bir damla) - Şeirlər toplusu

Müəllif: Pərvanə İsgəndərqızı

Redaktor: Arzu Əyyarqızı ("Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Həməşəra" Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, "Zərif kölgələr" ədəbi saytının idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Həməşəra" Fəxri Diplomu laureatı, yazıçı-şair)

Məsləhətçi redaktor və ön söz müəllifi: İlqar İsmayılzadə (fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi)

Naşir: "Elm və təhsil" nəşriyyatı, Bakı

 

Kitab barədə:

Bu kitab Pərvanə İsgəndərqızının şeir və poeziya sahəsində oxucularının görüşünə gəlmiş ilk kitabıdır. Kitabda 80 heca, sərbəst, bayatı və s. formalarda qələmə alınmış şeirlər mövcuddur. Onun poeziya və şeir dünyası rəngarəng və maraqlı olsa da səmimi və aydındır. Əlbəttə, kitabda təqdim edilən şeirin müəyyən hissəsi ata, ana və s. bu kimi mövzulara aid olsa da onların əsas hissəsi sevgi, həmçinin, nakamlıq və kədərə məhkum olmuş sevgiyə həsr olunmuşdur. Hər bir halda Pərvanə xanımın şeirləri poetik tələblərə cavab verir və daha çox sərbəst şeirləri oxucu və dinləyiciyə ürək sözü və fikirlərini çatdıracaq səviyyədədir...

 

Minnətdarlıq:

Fürsətdən istifadə edib, Cəlilabad ədəbi mühitinin əziz və dəyərli nümayəndəsi, yazıçı-şair, "Həməşəra" Fəxri Diplom laureatı Pərvanə xanımı işıq üzü görmüş ilk şeir kitabına görə səmimi qəlbdən təbrik edir, bu sahədə mənə göstərdiyi etimada görə ona səmimi təşəkkürümü bildirir, eyni halda ona uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

Bu arada kitabın redaktoru, əzizimiz və dəyərlimiz Arzu xanım Əyyarqızına, eləcə də "Elm və təhsil" nəşriyyatının rəhbərliyi və bacarıqlı əməkdaşlarına, xüsusilə də texniki redaktor Rövşanə xanım Nizamiqızına və peşəkar dizayner Zahid bəy Məmmədova göstərdikləri diqqət, peşəkarlıq və səmimiyyətə görə təşəkkürümü bildirir, onların hər birinə işlərində davamlı uğurlar diləyirəm!

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.