15 Sentyabr – Bilik Günü adlı biblioqrafik yaddaş virtual oxuculara təqdim edilib

 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi tərəfindən 15 Sentyabr – Bilik Günü münasibətilə virtual oxucular üçün biblioqrafik yaddaş kitabçası (biblioqrafik siyahı) hazırlanaraq təqdim edilib. 

 

Materialda Ulu Öndər Heydər Əliyevin təhsil sahəsində söylədiyi dəyərli fikirlər, elm və təhsil haqqında ümumiləşdirilmiş məlumatlar, görkəmli şəxslərin bilik haqqında müdrik kəlamları və aforizmlər toplanıb. 

Yaradılan daycestdə “Bilik Günü” mövzusunda dövrü mətbuatda dərc olunmuş 13 kitab və 45 adda məqalənin  biblioqrafik siyahısı yer alıb.

Aşağıdakı link vasitəsilə daycestlə tanış ola bilərsiniz:.

https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/melumat-biblioqrafiya/biblioqrafik-yaddas/15-sentyabr-bilik-gunu

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.