Uşaq kitabxanasının nəşr etdiyi jurnalların yeni sayları oxucuların sevincinə səbəb oldu

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının kiçikyaşlı oxucuları böyük sevinclə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının nəşr etdiyi “Göy Qurşağı” jurnallarının yeni sayları ilə tanış oldular. Jurnallarda maraqlı məlumatlar, yeni nəşr olunan kitabların anonsu, əyləndirici oyun və krossvord verilib.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, jurnalların “Yeni kitablara səyahət” rublikası isə hamı üçün maraqlı oldu. Burada  uşaqlar yeni maraqlı kitablarla tanış oldular.

Burada istedadlı uşaqların yazdığı hekayə və nağıllar, çəkdiyi rəsmlər də verilib.

Jurnallarda olan materiallar haqqında ətraflı məlumat aşağıdakı keçidlərdə yerləşdirilib:

https://drive.google.com/file/d/1pTkXet_AzeODSIiObDdRZwVuIa1x2ZBT/view

 

https://drive.google.com/file/d/1TyeOzhvNmGuUpX6QQDm4o3iMTtYFRYj-/view

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.