Sentyabrın “ULDUZ”u görüşünüzə gəldi

 

“Ulduz” dərgisinin sentyabr sayı işıq üzü görübdür. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına dərginin redaksiyasından məlumat verilib.

 

Sentyabr sayı Aləmzar Sadıqqızının “Özüylə söhbəti və şeirləri” ilə açılır.

“Nəsr”də Orxan Fikrətoğlu “Dəccal”, Miri Rəsulzadə “Mehman” hekayələrini təqdim edir.

“Tənqid”də  Mətanət Vahid “Müasir hekayə: gənc ədəbi səslər və estetik axtarışlar”dan yazır.

“Şeir vaxtı”nda Allahşükür Ağa, Elməddin Nicat, Vasif Əlihüseyndir.

“Yazı masası”nda Taleh Mansurun qonağı Xalq şairi Sabir Rüstəmxanlıdır.

“Tərcümə saatı”nda U.F.Harvinin hekayəsini BDU-nun Filologiya (ingilis dili və ədəbiyyatı) fakültəsinin 4-cü kurs tələbəsi Alsu təqdim edir.

Seyyid Əsrinin qəzəllərini də bu sayda oxuya bilərsiniz.

“Debüt”də “Yuxunuz şirin olsun, ölülər” (Yusif Səmədoğlunun əziz xatirəsinə...) yazısı ilə Şəhriyar Məmmədzadədir.

Bu sayda Adil Quliyevin “Təpələr” essesini, Şiringül Musayevanın “Kiçik süjetli tamaşa üçün mətnlər”ini, Şəlalə Camalın şeirlərini və Pərvanə Məmmədovanın “Xilaskar köpük” hekayəsini  oxuya bilərsiniz.

“Dərgidə kitab” Kamil Şahverdinin “Bir daha himnimiz haqqında”  (2-ci yazı) yazısını təqdim edir.

“Dərgidə sərgi”də rənglər dünyasıyla Aysel Hacıyevadır.

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.