i Fikrət Qocanın xatirəsinə həsr olunan elektron resurslar virtual oxuculara təqdim edilib

Xalq şai

F. Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Fikrət Qocanın anadan olmasının 90 illiyi münasibətilə elektron resurslar hazırlayaraq virtual oxucuların istifadəsinə təqdim edib.

 

 “Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, kitabxananın Elmi-metodika şöbəsi tərəfindən tərtib edilən “Özü Qoca, Sözü uca şairimiz – Fikrət Qoca” adlı metodik vəsait kütləvi oxucuların istifadəsi üçün zəngin mənbədir. Vəsait iki hissədən ibarətdir. Birinci hissədə şairin həyat və yaradıcılığı, yubileylə bağlı rəsmi sərəncam, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri təqdim edilib. İkinci hissədə isə kitabxanalarda təşkil ediləcək tədbirlərə dair metodik tövsiyələr öz əksini tapıb. Vəsaitin sonunda mövzu üzrə 21 adda kitab və 107 adda dövri mətbuat materialının siyahısı verilib.

   Məlumat-biblioqrafiya şöbəsinin hazırladığı “Adında müdriklik, sözündə əbədiyyət” adlı veblioqrafiyada isə şairin ədəbi irsi və fəaliyyətinə dair məlumatlarla yanaşı, onun şeirlərinə bəstələnmiş mahnılar, foto və video materiallar daxil edilib. Elektron mənbədə 18 adda kitab və    108 adda dövri mətbuat materialının biblioqrafik təsvirləri və tam mətnləri yer alıb.

   Hər iki elektron resursun hazırlanmasında əsas məqsəd Fikrət Qocanın zəngin yaradıcılıq irsini sistemli şəkildə oxuculara təqdim etmək və onun poeziyasında əks olunan milli-mənəvi dəyərləri gənc nəslə aşılamaqdır.

Vəsaitlərlə aşağıda qeyd edilmiş linklər vasitəsilə tanış ola bilərsiniz:

https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/elmi-metodika/metodik-vesaitler/2025/ozu-qoca-sozu-uca-sairimiz-fikr-t-qoca

https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/melumat-biblioqrafiya/veblioqrafiya/fikr-t-qoca-90-adinda-mudriklik-sozund-b-diyy-t

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.