“Qələmin səsi, Qəlbin nəğməsi Bəxtiyar Vahabzadə – 100” adlı veblioqrafiya virtual istifadəçilərə təqdim edilib

 F.Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə “Qələmin səsi, Qəlbin nəğməsi Bəxtiyar Vahabzadə – 100” adlı veblioqrafiya hazırlayıb.

 

 

       “Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, veblioqrafiyada şairin həyat və yaradıcılığı, 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı rəsmi sərəncam, görkəmli şəxslərin onun haqqında fikirləri, həmçinin xatirəsini əks etdirən foto və video materiallar yer alıb.

     Biblioqrafik vəsaitdə ümumilikdə 44 adda kitabın və 189 adda dövri mətbuat materialının biblioqrafik təsviri və tam mətnləri öz əksini tapıb. Vəsaitin tərtib edilməsində əsas məqsəd görkəmli şairin çoxşaxəli ədəbi-bədii irsini sistemli şəkildə toplayaraq gənc nəslə təqdim etməkdir. Bu vəsait vasitəsilə oxucular şairin yaradıcılıq yolunu, vətənpərvərlik mövzusunda əsərlərini, milli dəyərlərin qorunmasında göstərdiyi xidmətləri, eləcə də onun ədəbi fikir tarixindəki yerini daha dərindən öyrənə biləcəklər.

     Biblioqrafik mənbə ilə aşağı qeyd edilmiş link vasitəsilə tanış ola bilərsiniz:

https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/melumat-biblioqrafiya/veblioqrafiya/q-l-min-s-si-q-lbin-n-gm-si-b-xtiyar-vahabzad-100

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.