Gənclər Kitabxanasında general Cəmşid Naxçıvanskinin 130 illiyi münasibətilə silsilə materiallar hazırlanıb

 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan hərb tarixində xüsusi yeri olan, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri, general  Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətindən bəhs edən “Milli hərb sənətimizin iftixarı: Cəmşid Naxçıvanski - 130” adlı daycest və videomaterial hazırlanıb.

 

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, kitabxananın rəsmi saytında yerləşdirilən  materialda bir sıra rəsmi sənədlərlə yanaşı, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Sərkərdə” məqaləsinin tam mətni, 2015-2024-cü illərdə general haqqında dövrü mətbuatda dərc edilən 20-dən çox məqalənin biblioqrafik təsviri və qısa annotasiyası təqdim edilir.

 

Kitabxana əməkdaşları tərəfindən Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətinin çox maraqlı, tarixi əhəmiyyətli aspeklərindən bəhs edən videomaterial da hazırlanıb. Materialda  görkəmli generalın ölkəmizdə ilk milli atıcı diviziyanın komandiri, yaxşı təşkilatçı, bacarıqlı müəllim olmasından bəhs edilir. Yüksək ixtisaslı hərbi kadrların yetişdirilməsində müstəsna əhəmiyyəti olan generalın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda onun adını daşıyan hərbi lesiyin, Naxçıvanda isə xatirə muzeyinin fəaliyyət göstərməsi diqqətə çatdırılır.

 

Materiallarda Cəmşid Naxçıvanskinin şərəfli döyüş yolu, Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə verdiyi dəyərli töhfələr, layiq görüldüyü orden və medallar haqqında məlumatlar da təqdim edilir.

 

 “Milli hərb sənətimizin iftixarı: – Cəmşid Naxçıvanski – 130” adlı videomaterial kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/cemsid-naxcivaniski-130  yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.