İyulla avqustun “ULDUZ”U BİR ARADA Featured

“Ulduz” jurnalının iyul-avqust sayı  dərc edilib. “Yeni nəsil: tənqid+” adlı yeni layihə “Ulduz” jurnalı ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının birgə əməkdaşlığı sayəsində ərsəyə gəlib.

 

“Ədəbiyyat və incəsənət” portalına “Ulduz!dan verilən məlumata görə, jurnal Qismət Rüstəmovun tərcüməsində Adam Kirşin “Qlobal roman: XXI əsrdə dünyanı yazmaq”  məqaləsi ilə açılır.

“Tənqid” bölümü Ramil Əhmədin “Xatırlamanın və unutmağın səsi”,  Ülvi Babasoyun “Ədəbi tənqidin susmaq formaları”, Qismət Rüstəmovun “Qar Tanrısının qeydiyyatı haradır?”,  Tomas Eliotun “Tənqidin hədləri”  yazılarını təqdim edir.

“Şeir vaxtı”nda Alik Əlioğlu, Feyziyyə, Rəbiqə Nazimqızı, Şəhriyar Del Gerani,  Günel Şamilqızı, Anar Amin, Elçin Səlimlidir.

“Nəsr”də “Həmin işıqlı günlər” hekayəsi ilə Cavid Zeynallı, “Pələng” hekayəsi ilə Ülviyyə Heydərovadır.

“Tərcümə saatı”nda Seyfəddin Hüseynli Andrey Volosun “Çulışman”  əsərini  təqdim edir.

“Dərgidə kitab”da “Bir daha himnimiz haqqında” (1-ci yazı) yazısıyla Kamil Şahverdidir.

“Dərgidə sərgi”nin qonağı  Naqiyə Rzayevadır.

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.