Könül, “Ədəbiyyat və incəsənət”
Bu gün Kitabları tanıdaq rubrikasında sizlərə Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın "Söz dünyası" kitabı barədə bilgi verəcəyəm. Kitabı oxumuşam və sizlərə də tövsiyə edirəm.
Kitaba kitabın üz qabığında şəkilləri həkk olunmuş 22 nəfər haqda yazılar və onların müxtəlif vaxtlarda Anar haqda yazdığı yazılar və ya yazılardan, müsahibəlrədən parçalar daxil edilib.
Burada kimlər yoxdur?
Yazıçılardan Kamal Abdulla, Mövlud Süleymanlı, Çingiz Abdullayev, Natiq Rəsulzadə, İlqar Fəhmi, Elçin Hüseynbəyli, Pərvin, şairlərdən Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Vaqif Bayatlı Önər, Rəşad Məcid, Səlim Babullaoğlu, tənqidçilərdən və alimlərdən Nizami Cəfərov, İsa Həbibbəyli, Rəfael Hüseynov, Əsəd Cahangir...
Əsəd Cahangir qeyd edir ki, “Kitabı son 30 ilin ədəbi-bədii prosesinin güzgüsü adlandırmaq olar. Bu güzgüdə hər kəs öz dəqiq əksini tapır. Kitaba daxil edilən materiallarda müəllifin sərt, güzəştsiz obyektivliyi və ədaləti aydın görünür”.
“Ədəbiyyat və incəsənət”
(30.07.2025)