Qərib bənövşənin “Qərib bənövşə”si Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 İstedadlı şairə, əslən Zaqataladan olan, hazırda Rusiyada yaşayan və yaradan Aybəniz Fazilin ilk kitabı – “Qərib bənövşə” kitabı çapdan çıxmışdır. Kitabın redaktorü şair publisist Sakit Şəkili Məmmədov, ön sözün müəllifləri isə şairlər Yusif Rza və Mayıl Asiman Məmmədlidir. Kitab “Füyuzat” nəşriyyatı tərəfindən çap edilib.

 

“Qərib bənövşə” kitabına Vətəndən uzaqda yaşayan müəllifin kövrək, ürkək, hisslərlə, həsrət dolu, incə, poetik ruhlu şeirləri daxil edilib.

Allahverdiyeva Aybəniz Fazil qızı 30 dekabr 1961-ci ildə Azərbaycan Respublikasının Balakən rayonunun Katex kəndində ziyalı ailəsində anadan olub.

1979-cu ildə Zaqatala rayonunun Mazıx kənd orta məktəbini əla qiymətlərlə bitirib.

1987-ci ildə Zaqatala rayon Kənd Təsərrüfatı Texnikomunun aqronomluq fakultəsini qırmızı diplomla bitirib. Mazıx kənd "Şəfəq" kolxozunda "aqronom meliorator", Zaqatala rayonunun Statistika idarǝsində operator, sonralar isə Mazıx kənd ərazisində bələdiyyə üzvü seçilərək, müəyyən müddət Bələdiyyə sədrinin müavini vəzifəsində çalışıb.

0 ildən yuxarıdır ki, Rusiyada – Moskva şəhərində  yaşayır. Ailəlidir, iki övladı var.

 Aybəniz xanım doğma vətəndən uzaqda yaşasa da, milli dəyərlərimizi, adət və ənənələrimizi hər zaman qorumağa çalışıb. Çoxsaylı millətlər arasında azərbaycanlı olduğu üçün qürur duyub.

Gənc yaşlarından şeir və ədəbiyyata olan marağından yaranan yazdığı bəzi şeirlər bir çox jurnal, qazet və almanaxlarda dərc olunub.

"Nətavan", "Onur Belgəsi", "Qızıl Qələm" Media Mükafatı Laureatı,  Azərbaycan ordusunun qəhrəmanlıqlarına həsr etdiyi şeirlərə görə “İlin Vətənpərvər Şairi" adını  almışdır.

Beş ildən çoxdur ki, sosial şəbəkələrdə Aybəniz Fazil təxəllüsü ilə tanınır.

Bu kitab Aybəniz xanımın oxucuları ilə ilk görüşüdür. İnşaallah, ardı gələr.

 

İndi isə oxucularımıza Aybəniz xanımın bir şeirini təqdim edirik .

 

Vurğunam

Zaqatala adlı bir rayondanam,

Qışda doğulsam da, yaza vurğunam.

Məni anlamazsan, naşısan, adam,

Ellər gözəliyəm, naza vurğunam.

 

Həyatım keçsə də zillət içində,

Ömrü keçirmədim minnət içində.

Sevgi qazanmışam millət içində,

Şeirə, sənətə, saza vurğunam.

 

Aybəniz Faziləm, xəyala daldım,

Keçən günlərimi yadıma saldım.

İlhamı Allaha sevgidən aldım,

Ömrün çoxu gedib, aza vurğunam.

 

“Ədəbiyyat və incəsənət”

(30.07.2025)                                                           

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.