Yeni kitab - “Azadlıq yollarında"

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış qələm sahibi Rəna Təbəssümün yeni kitabı – “Azadlıq yollarında” işıq üzü görüb. “Azəri” nəşriyyatı tərəfindən çap olunan bu nəfis tərtibatlı toplu müəllifin roman və şəhid hekayələrindən ibarətdir.

 

Kitabda torpaq uğrunda canından keçən Vətən oğullarının qəhrəmanlığı, onların müqəddəs amal uğrunda keçdikləri şərəfli yol qəlbin ən dərin tellərini titrədən duyğularla əks olunub. Müəllifin zəngin publisistik dili ilə qələmə aldığı bu hekayələr şanlı Zəfər salnaməsinin parlaq səhifələrini oxucuya təqdim edir.

“Azadlıq yollarında” kitabı şəhidlərin ruhuna ehtiramın, Vətən sevgisinin və milli qürurun layiqli ifadəsidir. Əminik ki, bu nəşr geniş oxucu auditoriyasının rəğbətini qazanacaq və yaddaşlarda silinməz iz buraxacaq.

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.