Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında 2020-ci ildən həyata keçirilən “Milli Qəhrəmanlarımız” layihəsi çərçivəsində 2025-ci ildə yubileyləri olan Milli Qəhrəmanlarımız haqqında videoçarxın I hissəsi hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, videoçarx müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın sitatları ilə başlayır. Burada Azərbaycanın igid oğulları Fəxrəddin Şahbazovun, Faiq Rəfiyevin, Mehdi Abbasovun, Nazim Quliyevin, Şamoy Çobanovun, Naiq Yusifovun, Mirəsgər Seyidovun həyatı, keçdiyi döyüş yolu və qəhrəmanlıqları haqqında qısa məlumat verilir. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə dair “Xatirəsi” adlı xüsusi bölmə yaradılıb.
Videoçarx kitabxananın YouTube kanalında yerləşdirilib:
https://www.youtube.com/watch?v=Tthn8NJ2NLM
“Ədəbiyyat və incəsənət”
(04.07.2025)