“Milli Qurtuluşun Zəfər Yolu” adlı tədbir keçirilib

Respublika Uşaq Kitabxanasında “Milli Qurtuluşun Zəfər Yolu” adlı tədbir keçirilib. Tədbir 15 İyun – Milli Qurtuluş Gününə həsr edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbirdə 1 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllim və şagirdləri, eləcə də kitabxana əməkdaşları iştirak ediblər. Tədbir Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi ilə başlayıb, onun həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirin davamında kitabxana əməkdaşları çıxış edərək Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti, ölkəmizin müstəqilliyinin qorunmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri barədə məlumat veriblər. Eyni zamanda uşaqlara “Böyük Azərbaycanlı” və “Lider” kitabları təqdim edilib və  bu nəşrlər əsasında qısa icmal aparılıb.

Tədbirin bədii hissəsində yazıçı Zahirə Cabirin ifasında “Ana laylası” hekayəsi səsləndirilib. Ardınca “Sən elə bir zirvəsən” və bəstəkar Asəf Zeynallının “Rəqs” musiqi nömrələri dinləyicilərə təqdim edilib.

Tədbir çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tematik kitab sərgisi də təşkil olunub. Uşaqlar sərgidə nümayiş olunan nəşrlərlə tanış olaraq mövzuyla bağlı  informasiya əldə ediblər.

Sonda isə kitabxana əməkdaşları tərəfindən uşaqlara “Göy Qurşağı” uşaq jurnalı hədiyyə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(15.06.2025)

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.