“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün Naxçıvan Dövlət Universitetinin Filologiya ixtisası üzrə ll kurs tələbəsi, "Gənc yazarlar və ədəbiyyatşünaslar klubunun üzvü" Sədaqət Babayeva sizlər üçün məşhur Braziliya yazıçısı Paulo Coelyonun “Kimyagər” romanının təhlil edəcək.
Paulo Coelyo tərəfindən qələmə alınmış “Kimyagər” 1988-ci ildə dərc olunmuş fəlsəfi romandır. Əsərin əsas qəhrəmanı Santyaqodur. O, yuxusunda xəzinə tapacağını görür və İspaniyadan Misir piramidalarına qədər uzanan bir səyahətə çıxır. Bir neçə dəfə təkrarlanan eyni yuxu həqiqətən də bir mesaj idi, yoxsa insan beyninin ona oynadığı bir oyun? Bəlkə də insan ona verilən balaca bir işarənin arxasınca getməli və bu yolda iradəli olmalıdır.
Santyaqo yol boyu bir çox insanla qarşılaşır: köhnə bir kralla, tacirlə, Fatimə adlı bir qızla, kimyagər adlı sirli bir şəxslə... Bu səyahət Santyaqonun özünü dərk etməsində, həyatı anlamasında mühüm rol oynayır.
Əsərdə Santyaqonun başına gələnlərlə insanlara bir çox mesaj verilir.
Santyaqo səyahət boyu bir çox çətinliklə qarşılaşır, başına bir çox iş gəlir və bunadəyərdimi deyə düşünür. Ağlamağa başlayaraq öz yurdunda qoyunlarının yanında xoşbəxt olduğunu, indi isə o xoşbəxtliyi tapa bilmədiyini deyir. İnsan bəzən ən balaca şeylərlə xoşbəxt olur, bir dağ yamacında qoyun otararkən, küləyin səsini dinləyərkən, günəşin şəfəqini üzündə hiss edərkən və o zaman insan anlayır ki, xoşbəxtlik əslində sadəlikdədir.
Santyaqo səyahəti zamanı əlində olan pulunu oğurladır. Həmçinin piramidalara getmək böyük məbləğ tələb edir. Bir büllur dükkanında işləyərək pul qazanmağa başlayır. Bu bədbəxt hadisəni unudur. Bəlkə piramidalara getmək onun üçün uzaq bir şeydir artıq, amma səyahəti boyu bir çox şey qazanmış, bir çox insan tanımış, dil öyrənmiş, çox şeyi dərk etmişdi. Əlində olan pul ilə əvvəl sahib olduğu sürüdən daha böyüyünə sahib ola bilərdi. Bunun üçün dükanda sadəcə bir müddət artıq işləmək lazım gəlirdi. Əsas nəticədə odur ki, qəhrəman başına gələnə baxmayaraq hadisələrə müsbət tərəfdən yanaşır.
“Bəlkə də bu qəribə ölkəyə gəlib bir oğru ilə rastlaşmaq və bir qəpik belə xərcləmədən sürüsünü ikiyə qatlamaqdı onun əsl xəzinəsi.”
Bədbəxtlik içərisində xoşbəxtlik axtarmaq, yağan yağış sonrası çıxan göy qurşağını görməyə bənzər. Hərşey doğru baxış bucağından asılıdır.
İnsan əlindəki ilə kifayətlənməyi bacarmalıdır. Daha çoxunu istəmək xoşbəxtlik yox, bədbəxtlik də gətirə bilər.
Əsər ümumilikdə sətiraltı mənalarla zəngin və insan ruhunu tərbiyə edən bir tərzdə yazılıb. Əsəri oxuyarkən sadəcə bir əsər oxumayacaqsınız, həm də arzuların arxasınca getməyin gücünü kəşf edəcək və bu yolda gözlənilməz sürprizlərlə qarşılaşaraq istəyinizə nail olacaqsınız.
Əsl xəzinə qızılda yox, insanın ruhunda, iradəsində, əməlinə sadiqliyindədir.
Əsl xəzinə hər bir insanın qəlbində gizlidir.
Santyaqonun timsalındaverilən mesaj da odur ki, əsas məsələ xəzinəyə gedib çatmaq deyil, xəzinəyə gedən yolda öyrəndiyin şeylərdir.
“Ədəbiyyat və incəsənət”
(13.06.2025)