F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) tərəfindən elan edilən “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan hüquqları və sosial ədalət” mövzusunda veblioqrafiya hazırlayaraq virtual oxuculara təqdim edib.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumat görə, veblioqrafiyada insan hüquqları və sosial ədalət mövzusuna dair kitabların tam mətnləri, dövri mətbuat materialları və digər mənbələr sistemləşdirilmiş şəkildə təqdim edilir. Məqsəd virtual oxucuların bu sahədə maariflənməsinə və hüquqi biliklərinin artırılmasına töhfə verməkdir.
Biblioqrafik mənbə ilə aşağıda qeyd edilən link vasitəsilə tanış ola bilərsiniz:
“Ədəbiyyat və incəsənət”
(11.06.2025)