IV Sumqayıt Kitab Sərgisində bu gün yazıçı Varislə görüş olacaq Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Xəbər verdiyimiz kimi, bu gün – 27 may tarixində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı ilə IV Sumqayıt Kitab Sərgisi açılır. Sərgi bu gün və sabah fəaliyyət göstərəcək..

 

IV Sumqayıt Kitab Sərgisində izləyiciləri nə gözləyəcək? Suala cavab almaq üçün sərginin təşkilat komitəsinin məsulu Səbuhi Şahmursoyla əlaqə yaratdıq və aşağıdakı məlumatları aldıq:

 

Sərgi  Sumqayıt Dövlət Universitetinin inzibati binasında baş tutacaq.

Sərgidə təkcə SDU tələbələri deyil, bütün Sumqayıt əhalisinin iştirak etməsi üçün universitetdə “Açıq qapı günü” elan olunub.

Sərginin ilk günü – 27 may Milli Mətbuatın yaranmasının 150 illiyinə, iukinci günü – 28 may tarixi isə Müstəqillik Gününə həsr ediləcək.

Bayram əhvali-ruhiyyəli sərgidə minlərlə kitab 90 %-dək endirimlə təklif olunacaq, tanınmış yazıçıların, şairlərin təqdimat və imza mərasimləri, məşhurlarla görüşlər, şeir saatları baş tutacaq.

Yazıçılar Şəmil Sadiq, Varis, Elxan Elatlı, Aynur Cavid, Elgüsel, Əziz Sultan, Səxavət Məmməd, Mürşüd İsmayılzadə, Əziz Yaqubzadə, tarixçi Boran Əziz, təlimçilər Aysel Rəsulzadə, Orxan Şahbaz, musiqiçi Hüseyn Cəfərin iştirakı ilə müxtəlif panellər, təqdimatlar, imza günləri, şeir gecələri və musiqili proqram təşkil olunacaq.

İki gün davam edəcək sərgi hər gün 10:00-dan 20:00-dək oxucuların üzünə açıq olacaq.

Sərgidə 25-dən çox nəşriyyatın iştirakı gözlənilir.

Giriş sərbəstdir.

 

Bu gün saat 14-də sumqayıtlılar yazıçı Varislə görüşəcəklər. Yazıçının XAN nəşriyyatı tərəfindən təqdim edilən müxtəlif illərin 5 bestsellerinin yeni tərtibatda nəşri oxuculara təqdim olunacaq.

Görüşdə yazıçı öz ədəbi karyerasından, ədəbiyyatın bugünkü durumundan, dünya ədəbiyyatındakı hakim yeni dalğadan danıçacaq, oxucuların suallarını cavablandıracaq.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.